Azərbaycanda çörəyin qiyməti niyə artıb? - AÇIQLAMA

Cəmiyyət

27.02.2026 17:33

Son günlər Azərbaycanda çörəyin qiymətində artım müşahidə olunduğu bildirilir. Məlumata görə, müxtəlif şirkətlərə məxsus çörəklərin satış qiymətində 10–20 qəpik aralığında artım qeydə alınıb. Bu isə istehlakçılar arasında ciddi müzakirələrə səbəb olub.

Bəs qiymət artımına təsir göstərən amillər nələrdir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, çörəyin bahalaşması birbaşa istehsal xərclərinin artması ilə əlaqədardır. 


Onun sözlərinə görə, son dövrlər enerji daşıyıcılarının, nəqliyyat xidmətlərinin və kommunal xərclərin artması çörəyin maya dəyərinə təsir göstərib:

"İstehsal prosesində istifadə olunan unun, daşınma və qablaşdırma xərclərinin, eləcə də əməkhaqlarının yüksəlməsi sahibkarları qiymətlərə yenidən baxmağa məcbur edir. Bu isə nəticə etibarilə son satış qiymətində artıma gətirib çıxarır".

İqtisadçı vurğulayıb ki, bazarda qiymət artımı əsasən bəzi çörək növlərinə aiddir və sosial əhəmiyyətli məhsullar üzrə qiymətlər hələlik sabit saxlanılır. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Çörək,Qiymət,Artım,Un,Todaypress.tv,