Azərbaycan manatının nominal və real effektiv məzənnələri azaldı

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azaldı
30.08.2025 17:00 Cəmiyyət

Bu il avqustun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 101,8 bənd təşkil edib.

TodayPress TV bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,8 bənd, ilin əvvəlinə nisbətən 7,4 bənd, ötən ilin avqustun 1-i ilə müqayisədə 2,3 bənd azdır.

Avqustun 1-nə manatın real effektiv məzənnəsi 113,8 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 1,5 bənd, ilin əvvəlinə nisbətən 11,3 bənd, ötən illin avqustun 1-i ilə müqayisədə isə 5,6 bənd azdır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər