“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı

“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı
21.08.2025 10:12 Cəmiyyət

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi məqsədilə daxili investisiya hesabına 300 ədəd yeni vaqon alıb. Vaqonlardan 200-ü yarımvaqon, 100-ü isə universal platforma vaqondır.

TodayPress TV xəbər verir ki, platforma vaqonların yükqaldırma qabiliyyəti 72 ton, istismar müddəti 32 ildir.

Bu vaqonlar xüsusən konteyner daşımaları üçün yüksək səmərəli, çevik və sərfəli həll yoludur, həm standart 20, həm də 40 futluq konteynerlər üçün uyğundur.

ADY-nin vaqon parkında platforma vaqonların artırılması konteyner yüklərinin daşınmasına olan tələbatın qarşılanmasına imkan verəcək. Qeyd edək ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə xüsusilə konteyner yüklərin artması müşahidə olunur. 2025-ci ilin 7 ayında Çindən 225 blok-qatar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. 7 ayda ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Platforma vaqonlarda konteynerlə yanaşı, taxta-şalban, boru, rels, ağır və iriölçülü digər yükləri daşımaq mümkündür. Sadələşdirilmiş dizaynı sayəsində yan və yuxarı hissələrdən yükləmə və boşaltma işləri asan həyata keçirilir, nəticədə vaqonda aparılan yükləmə və ya boşaltma əməliyyatının müddəti azalır.

Yarımvaqon modellər isə iriölçülü və xüsusi formada daşınan yüklərin, o cümlədən taxta, qırmadaş və digər bərk tikinti materiallarının nəqli üçün uyğundur. Yükqaldırma qabiliyyəti 70 ton, həcmi 85 kubmetr olan vaqonların istismar müddəti 22 ildir.

Yüksək həcmə və yük tutumuna malik olması yarımvaqonları kütləvi daşımalarda etibarlı və qənaətcil edir. Kömür, metallurgiya, tikinti və kənd təsərrüfatı sənayesində əvəzolunmaz daşıma vasitəsi olan yarımvaqonların üstünün açıq olması və mürəkkəb mexanizmlərin olmaması texniki xidmət, boşaltma və təmir işlərini asanlaşdırır.

Yüksək texniki göstəricilərə malik yeni yük vaqonları həm daxili, həm də Azərbaycan ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalarda istismar olunacaq, əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradacaq.

Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlar üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv və vaqon parkının yenilənməsi və genişləndirilməsi işlərini davam etdirir. Bu ilin aprel ayında ADY Çin istehsalı olan 7 ədəd yeni lokomotiv və ehtiyat hissələrinin alınması haqqında müqavilə imzalayıb. Növbəti mərhələdə 14 ədəd magistral lokomotivin parka daxil edilməsi nəzərdə tutulur.

FOTOLAR

“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı — 1
“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı — 2
“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı — 3
“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon aldı — 4
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər