"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək
07.11.2025 10:43 Cəmiyyət

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-da qeyri-iş günü olacaq.

Bu barədə TodayPress TV-yə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günü Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olacaq.

Noyabrın 10-dan isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər