AQTA biznesi boğur! – Millət vəkilindən irad

Cəmiyyət

27.01.2026 16:48

“İdxalı əvəz edən yerli istehsalın daha sistemli şəkildə dəstəklənməsi vacibdir".

Milli Məclisin deputatı Razi Nurullayev TodayPress TV-yə  danışarkən bildirib. 

O vurğulayıb ki, neftdənkənar sahələrdə istehsal və ixrac daha yüksək səviyyədə stimullaşdırmalı, yerli sahibkarlar üçün daha əlverişli şərait yaradılmalıdır: 

“Vergi və gömrük yükünün azaldılması, kredit resurslarına çıxışın asanlaşdırılması və inzibati prosedurların sadələşdirilməsi biznesin inkişafına mühüm töhfə verə bilər”.   

Parlamentari hesab edir ki, AQTA biznesi çətinləşdirir: 

"AQTA kimi qurumların əsas vəzifəsi qida təhlükəsizliyinin təmin edilməsidir və bu, şübhəsiz ki, mühüm əhəmiyyət daşıyır. Lakin normativlərin həddindən artıq çoxluğu və tez-tez dəyişdirilməsi sahibkarlar üçün əlavə çətinliklər yaradır. Bu səbəbdən nəzarət mexanizmləri daha şəffaf, sadə və risk əsaslı olmalı, lazımsız bürokratik əngəllərdən qaçınılmalıdır. Təəssüf ki, hazırda qaydalar daha da sərtləşdirilir, prosedurlar mürəkkəbləşir və bəzən məntiqdən uzaq qərarlar qəbul olunur".    

O, əlavə edib ki, ümumilikdə daha rasional iqtisadi siyasət və biznes üçün proqnozlaşdırıla bilən qaydaların formalaşdırılması həm ixracın artmasına, həm də iqtisadi sabitliyin möhkəmlənməsinə şərait yarada bilər.    

Jalə Rövşən

TodayPress TV

tag: Razi Nurullayev,Deputat,AQTA,Etiraz,Todaypress.tv,