ANAMA: 706 mina zərərsizləşdirildi

ANAMA: 706 mina zərərsizləşdirildi
01.09.2025 15:45 Cəmiyyət

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

ANAMA-dan TodayPress TV-yə bildirilib ki, avqust ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 565, tank əleyhinə 141 mina və 2 min 628 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 6481.4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər