ADNSU-da elmi sessiya keçirildi

ADNSU-da elmi sessiya keçirildi
13.06.2025 12:22 Cəmiyyət

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti Mətləb Atayev “Balakhani Operating Company LTD”-nin təşəbbüsü ilə hasilat ərazilərinin ekoloji mühafizəsi mövzusunda elmi sessiya keçirib. Bu günlərdə qeyd edilən "Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü"nə həsr edilən akademik müzakirəyə Balaxanı neftçiləri ilə yanaşı “Surakhani Oil” və “Azgerneft” şirkətlərinin əməkdaşları da qoşulublar.

TodayPress TV xəbər verir ki, elmi sessiya zamanı dosent Atayev sənaye müəssisələrinin ekoloji pasportlarının tərtibatı, beynəlxalq normativ aktlara əsasən tullantıların səciyyələndirilməsi və müvafiq dərəcələri, eləcə də hasilat ərazilərində sanitar-ekoloji mühafizə zonalarına dair tələbatlar, heyət üzvlərinin səhhətinə təsirlərin minimallaşdırılması üçün əməliyyatların səmərəli şəkildə qurulması kimi mövzulara toxunub.

Mühazirə zamanı laya təsir üsulları ilə bağlı kimyəvi, mexaniki və termiki alətlərin istifadəsinə dair araşdırmaların nəticələri müzakirə olunub.

Sual-cavab hissəsi ilə davam edən elmi sessiyadan sonra ətraf mühitin mühafizəsi üzrə şirkət prezidentinin müavini Ramil Əliyev çıxış edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq qərarlarına əsasən ildən-ilə təkmilləşən ölkənin ekoloji mühafizəyə dair normativ bazasına uyğun olaraq “Balakhani Operating Company LTD” hasilat ərazilərində lay suların bu ildən etibarən artıq 100%-nin utilizə edilməsi, onların torpaq qatlarına təkrar qaytarılması, o cümlədən tullantılara məruz qalan torpaqların 80%-nin müxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsinə nail olub.

Hasilat ərazilərinin ekoloji mühafizəsinə dair digər əhəmiyyətli addımlar səmt qazlarının idarəolunması üzrə infrastrukturun yenilənməsi və bununla da sızmaların qarşısının tam alınması, davamlı olaraq yaşıllıq zolaqlarının artırılması istiqamətində atılıb.

O, əlavə edib ki, hasilat şirkəti istehsal prosesində əmələ gələn tullantıların təkrar emalı üzrə tərəfdaşlarla qurulan layihələrin sayını da artırmaqda davam edir.

Qeyd edək ki, bu ilin fevralında “Balakhani Operating Company LTD” ADNSU ilə Anlaşma Memorandumu imzalayaraq bir sıra istiqamətlərlə yanaşı ekoloji mühafizə və dayanıqlılıq üzrə elmə əsaslanan innovativ həll yollarının birgə işlənilməsi üzrə razılıq əldə ediblər.

FOTOLAR

ADNSU-da elmi sessiya keçirildi — 1
ADNSU-da elmi sessiya keçirildi — 2
ADNSU-da elmi sessiya keçirildi — 3
ADNSU-da elmi sessiya keçirildi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər