6 şagirdə 1 kompüter, HƏDƏF bir şagirdə 1 kompüter - NAZİR MÜAVİNİ AÇIQLADI
Cəmiyyət
01.05.2026 11:14
“Azərbaycanda şəhər yerlərində əhalinin 94,6 faizinin, kənd yerlərində isə 82,1 faizinin internetə çıxışı var”.
TodayPress TV xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumda deyib.
O bildirib ki, ölkəmizdə təhsilin rəqəmsallaşdırılması sürətlə aparılır:
“Hazırda məktəblərin 63 faizi və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulmaq imkanına malikdir. Eyni zamanda hazırda 6 şagirdə 1 kompüter düşür. Əsas hədəfimiz isə hər bir şagirdin 1 kompüterlə təmin olunmasıdır”.
Nazir müavini bildirib ki, dövlətimiz rəqəmsallaşmaya, xüsusilə də təhsil sistemində rəqəmsal imkanların genişləndirilməsinə xüsusi diqqət yetirir. O, həmçinin müasir dövrdə yeni mediada ictimai rəyin formalaşması və transformasiyasının kifayət qədər sürətləndiyini əlavə edib.
Qiymət Mahir
tag: Firudin Qurbanov,MEDİA,Tədbir,Çıxış,Todaypress.tv,
