31 avqust Afrika mənşəli xalqların Beynəlxalq Günüdür

31 avqust Afrika mənşəli xalqların Beynəlxalq Günüdür
31.08.2025 10:45 Cəmiyyət

31 avqust Afrika mənşəli xalqların Beynəlxalq Günü kimi qeyd edilir.

TodayPress TV xəbər veir ki, bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilmiş və məqsədi Afrika mənşəli xaqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir. 31 avqustun qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.

Tarix boyu Fransa müstəmləkə siyasəti çərçivəsində Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımı aktları həyata keçirmiş, insan haqlarını kobud şəkildə pozmuş və bu siyasətini hələ də davam etdirməkdədir. Fransa Afrikada yerləşən keçmiş müstəmləkələrində neokolonial siyasət həyata keçirməklə yanaşı, Reyunyon, Mayot, Qvadelup, Martinik və Fransız Qviyanası kimi müstəmləkə idarəçiliyi altında saxladığı ərazilərdə Afrika mənşəli xalqlara qarşı uzun illərdən bəri davam edən sosial, iqtisadi və siyasi basqılar edir. Bu siyasət çərçivəsində Fransa, yerli xalqların siyasi müstəqillik və iqtisadi sərbəstlik hüquqlarını məhdudlaşdırır, milli kimliklərin zəiflədilməsinə səbəb olur və təbii sərvətləri öz nəzarəti altında saxlamağa çalışır.

Reyunyon və Mayot adalarında əhali ciddi sosial və iqtisadi ədalətsizliklərlə üzləşir. İşsizlik səviyyəsi 30%-dən yüksəkdir, xüsusilə gənclər arasında işsizlik daha kəskin müşahidə olunur. Səhiyyə və təhsil sahələrində resurs çatışmazlığı insanların həyat keyfiyyətini aşağı salır. Qvadelup və Martinikdə də yüksək işsizlik (35%-dən çox), diskriminasiya və polis zorakılığı kimi sosial problemlər mövcuddur. Yerli əhali mədəni kimliklərini qorumaq üçün dövlət dəstəyindən məhrumdur. Fransız Qviyanasında işsizlik təxminən 40%-dir. Təbii sərvətlərin istismarı tamamilə Fransanın nəzarətindədir və yerli əhali iqtisadi faydaların çox hissəsindən məhrumdur.

Bakı Təşəbbüs Qrupu paytaxt Bakı şəhərində Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Afrika mənşəli xalqların yaşadığı Reyunyon, Mayot, Qvadelup və digər müstəmləkə ərazilərinə həsr edilmiş beynəlxalq konfranslar təşkil etmiş, bu ərazilərdə yaşayan yerli xalqların, o cümlədən Afrika mənşəli xalqların müstəmləkəçilikdən qaynaqlanan problemlərinin BMT tribunasında qaldırılması istiqamətində çoxsaylı əməli fəaliyyət ortaya qoymuşdur. Təşkilat Fransa hökumətini adı çəkilən ərazilərdə törətdiyi qanunsuzlar barədə cavab verməyə məcbur etmiş və BTQ-nin rəhbər heyəti BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumlarında iştirak edərək onların fəaliyyətinə dəstək nümayiş etdirmişdir.

BTQ Fransanın bu ərazilərdə uzun illər ərzində bilərəkdən yaratdığı sosial və iqtisadi bərabərsizlikləri, milli kimliklərin sistemli şəkildə məhv edilməsini ətraflı dərc etdirdiyi hesabatlarında və sənədləşdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu hesabatlarda Fransanın müstəmləkə siyasətindən irəli gələn insan hüquqları pozuntuları, iqtisadi və siyasi bərabərsizliyin davam etməsi, habelə mədəni assimilyasiya ilə milli kimliklərin itirilməsi mövzuları geniş şəkildə işıqlandırılmışdır.

XƏBƏR LENTİ
31 MAY 2026
Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 Bütün Xəbərlər