Səudiyyə Ərəbistanı nümayəndə heyəti Azərbaycana gəldi
Xarici siyasət
16.05.2026 12:58
Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogailinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün Azərbaycana gəlib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini, Azərbaycan və Səudiyyə Ərəbistanı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov mayın 16-da Səudiyyə Ərəbistanından olan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə WUF13-ün Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının forumda iştirakından məmnunluq ifadə olunub.
İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.
tag: Səudiyyə Ərəbistanı,WUF13,Bakı,Azərbaycan,TodayPress TV,
