Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - VİDEO

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - VİDEO
23.08.2026 13:50 Xarici siyasət

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər