Özbəkistan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edildi

Özbəkistan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edildi
23.08.2026 15:55 Xarici siyasət

Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər