Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi

Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi
27.09.2025 12:27 Xarici siyasət

Azərbaycanın Niderlanddakı Səfirliyi tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar bədii-musiqili xatirə gecəsi təşkil olunub.

Bu barədə TodayPress TV-yə səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə diplomatik korpusun, Niderland ictimaiyyətinin, bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərək, Anım Gününün xalqın müasir tarixindəki xüsusi yerindən bəhs edib. Diplomat qeyd edib ki, bu əlamətdar gün Vətən uğrunda canını fəda etmiş şəhidlərin əbədiyaşar xatirəsinə ehtiramın, xalqımızın qəhrəmanlıq irsinə sədaqətinin parlaq təcəssümüdür.

Tədbirdə çıxış edən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Elsevər Məmmədov Azərbaycan Ordusunun bu müqəddəs mübarizədə göstərdiyi qəhrəmanlığın ölkə tarixinin şanlı səhifəsi olduğunu deyib. Avropada yaşayan soydaşlar olaraq, bu haqq və ədalət mübarizəsində daim dövlətin və xalqın yanında olduqlarını, haqq səsinin duyurulması istiqamətində ardıcıl fəaliyyət göstərdiklərini, şəhidlərin xatirəsini ehtiramla andıqlarını vurğulayıb.

Tədbir çərçivəsində nümayiş etdirilən Anım Gününə, Prezident İlham Əliyevin fikirlərinə, 44 günlük Vətən müharibəsinə və şəhidlik zirvəsinə ucalan qəhrəmanlara həsr olunmuş videoçarxlar, eləcə də Niderlandda yaşayan Azərbaycanlı və türk musiqiçilərinin canlı ifasında səslənən Azərbaycan, Türkiyə və dünya bəstəkarlarının əsərlərindən ibarət bədii-musiqli proqram mərasimin emosional təsirini daha da gücləndirərək iştirakçılara unudulmaz anlar yaşadıb.

TodayPress TV

FOTOLAR

Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 1
Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 2
Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 3
Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 4
Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 5
Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 6
Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 7
Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 8
Niderlandda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər