Kaleb Orr şəhidlərin xatirəsini yad etdi

Kaleb Orr şəhidlərin xatirəsini yad etdi
02.06.2026 16:43 Xarici siyasət

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Şəhidlər xiyabanını ziyarət edib.

TodayPress TV bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.

"Dövlət Katibinin Köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib", - paylaşımda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər