Maskdan Trampa Ukraynada Starlink TƏKLİFİ

Maskdan Trampa Ukraynada Starlink TƏKLİFİ
17.10.2026 13:57 Dünya

Amerikalı sahibkar İlon Maskın ABŞ Prezidenti Donald Trampa Ukraynada Starlink sisteminin fəaliyyətinin məhdudlaşdırılmasını təklif etdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, “The Daily Telegraph” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, Donald Tramp bu təşəbbüslə razılaşıb. Bundan sonra Pentaqonun hərbi rabitə sistemi Starshield-ə məhdudiyyətlər tətbiq etdiyi qeyd olunur.

Məlumata əsasən, məhdudiyyətlər saatda 160 kilometrdən yüksək sürətlə hərəkət edən platformalarda yerləşdirilmiş terminallara şamil olunub. Bu addımın Ukraynanın dronları zərərsizləşdirmək üçün istifadə etdiyi pilotsuz uçuş aparatlarının fəaliyyətini çətinləşdirdiyi bildirilir.

TodayPress TV 

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər