Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşdü

Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşdü
15.09.2025 21:45 Xarici siyasət

15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin təməlində iki ölkənin dövlət başçıları arasında dostluq və qardaşlıq münasibətlərinin və sıx təmasların dayandığı vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin cari ilin oktyabr ayında ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Toplantısına hazırlıq işləri barədə həmkarına məlumat verib.

Təhlükəsizlik məsələləri və regional inkişaflar, o cümlədən Yaxın Şərqdəki qarşıdurmadan narahatlıq ifadə edilib, artan gərginliyin diplomatik yollarla həll edilməli olduğuna dair həmfikirlik bildirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
“Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 ABŞ Ukraynaya görə silah istehsalını əhəmiyyətli dərəcədə artırır - müdafiə naziri bəyan etdi 20:29 ABŞ daha bir gəmini sıradan çıxardı 20:16 İlanı vurmaq istədi, 5 nəfəri yaraladı 19:25 Bütün Xəbərlər