Ceyhun Bayramov BMT-nin 80 illik yubiley tədbirində çıxış etdi

Ceyhun Bayramov BMT-nin 80 illik yubiley tədbirində çıxış etdi
24.10.2025 21:10 Xarici siyasət

Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak və çıxış edib.

TodayPress TV xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov çıxışında BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu vurğulayaraq, təşkilatın 80 illiyi münasibətilə təbriklərini çatdırıb.

O, Azərbaycanın BMT-nin fəal və məsuliyyətli üzvü kimi qurumun əsas orqanlarında, o cümlədən 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasında, həmçinin üç dəfə İqtisadi və Sosial Şurada təmsil olunduğunu qeyd edib.

Nazir Azərbaycan Respublikasının qlobal arenada artan nüfuzunun və liderliyinin BMT-nin əsas təşəbbüslərinə verdiyi töhfələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Bu kontekstdə Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2016-cı ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna və 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi xüsusi qeyd olunub.

2026-cı ildə Azərbaycan iki mühüm BMT tədbirinə – BMT-nin şəhərsalma üzrə əsas platforması olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi xatırlanıb. Bu tədbirlərin iqlim fəaliyyəti və davamlı urbanizasiya arasındakı qarşılıqlı əlaqəni vurğulayaraq Azərbaycanın yaşıl enerji keçidinə və qlobal iqlim diplomatiyasındakı aparıcı roluna sadiqliyini nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-nin Qlobal Gündəliyi ilə tam uzlaşaraq Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, rəqəmsal innovasiyaların tətbiqi, qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini qeyd edib.

2021–2025-ci illəri əhatə edən Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin icrasının uğurla yekunlaşdırıldığı, bu gün imzalanan 2026–2030-cu illər üzrə yeni sənədin Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacağı bildirilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki atılan mühüm addımlardan danışıb.

Nazir 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu qeyd edib.

Nitqinin sonunda Nazir Ceyhun Bayramov tərəfdaşlığı gücləndirərək yeni əməkdaşlıq istiqamətlərini araşdırmağa və daha sülhsevər, ədalətli və dayanıqlı dünya qurmaq üçün birgə səyləri artırmağa çağırış edib.

Tədbirin yekununda 2026–2030-cu illər üzrə Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər