Tehrana ŞOK zərbə: 1 milyon iranlı İsraillə əməkdaşlıq yolunda...
Təhlil
13.02.2026 14:59
İsrail Müdafiə Qüvvələri (IDF) İran xalqına çağırış ünvanlayaraq onları İsrailin hüquq-mühafizə orqanları (“Mossad”) ilə əməkdaşlığa dəvət edib.
Politoloq Sədrəddin Soltan bunu TodayPress TV-yə şərh edib.

O bildirib ki, qurumun İran vətəndaşlarına əməkdaşlıq üçün müraciət edilməsi təkcə informasiya toplamaq məqsədi daşımır, həm də yəhudilərin hüquqlarının qorunması və perspektivdə İranda müxtəlif əməliyyatların keçirilməsi üçün şəraitin təhlil olunması məqsədini güdür.
Analitik bildirib ki, bununla yanaşı, İsrail İrandakı sosial bazanı müəyyənləşdirə və gələcəkdə həmin bazadan yararlana bilər. Həmçinin, bu çağırış İranda qərbyönlü qüvvələrin müəyyənləşdirilməsi üçün vasitə ola bilər.
S.Soltanın qənaətincə, “Mossad” çağırışlarla İran cəmiyyətinin Qərbə münasibətini ölçür:
"Tehran hakimiyyəti iddia edir ki, xalq, yəni İran cəmiyyəti, mövcud hakimiyyətin arxasında durur və ona dayaqdır. “Mossad” bu iddia və təbliğatı sarsıtmaq üçün belə vasitələrdən istifadə edir. Məsələn, əgər çox böyük sayda, məsələn, bir milyon iranlı “Mossad”ın çağırışına müsbət cavab versə, bu o demək deyil ki, qurum həmin bir milyon insanın hamısını əməkdaş seçə bilər. Sadəcə olaraq, bu, İranda İsrailə, ABŞ-yə və ümumiyyətlə Qərbə münasibəti müsbət olan insanların müəyyənləşdirilməsi və cəmiyyətin hakimiyyətə mənfi münasibətinin aşkarlanması üçün vasitə ola bilər".
Jalə Rövşən
tag: Sədrəddin Soltan,Politoloq,Tehran,İsrail,Todaypress.tv,
