Putinlə bağlı sui-qəsd xəbərlərini kim yayır? – ŞOK DETAL
“Rusiya prezidenti Vladimir Putinin İstanbula getməməsinin səbəbi sui-qəsd ehtimalı deyildi”.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, sui-qəsd ehtimalı hər zaman var, amma Putinə qarşı sui-qəsdin uğurla nəticələnmə ehtimalı yoxdur:
“Çünki Rusiya prezidenti ən kiçik təhlükə olduqda belə dərhal həmin səfərdən ya imtina edir, ya da təxirə salır. Türkiyəyə getməməsinə gəldikdə, getməyəcəyi əvvəldən məlum idi. Çünki daha əlverişli şərtlərin əmələ gəlməsi üçün zamana ehtiyacı var. O zaman da indi deyil. Putinlə bağlı hər zaman sui-qəsd informasiyası yayırlar. Ən azından bu ilin yanvar ayında Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodin Putinə qarşı sui-qəsd hazırlanması ilə bağlı açıqlama vermişdi”.
Qeyd edək ki, xarici KİV-də yayılan məlumata görə, Vladimir Putin əslində İstanbulda keçirilən bu zirvəyə qatılmaq niyyətində olub.
Lakin iki əsas amil - sui-qəsd təhlükəsi və Krım məsələsinin gündəmə gəlməsi Kremli bu qərardan imtinaya etməyə məcbur edib.
Qiymət Mahir
tag: əziz Əlibəyli,Politoloq,Putin,Sui-qəsd,Todaypress.tv,
