YENİ RAUND: Rusiya Ukraynanın təklifini qəbul etməli olacaq, əks halda…

Təhlil

02.06.2025 14:48

“Ukraynanın Rusiyanın ucqarlarına dron hücumları təşkil edib onun strateji aviasiyasının bir qismini məhv etməsi bugünkü görüşün baş tutmamasına da səbəb olar”.   

Siyasi ekspert Azər Həsrət bunu TodayPress TV-yə danışarkən  deyib.

O, hələ ki Rusiya-Ukrayna görüşü ilə bağlı ehtimallar irəli sürüb:  

“Bəlli idi ki, Rusiya görüşə özünün şərtləri ilə, üstün tərəf olaraq hazırlaşırdı. Ukraynanı küncə sıxışdırıb güzəştlər əldə etməyi planlaşdırırdı. Amma iyunun 1-də Ukraynanın qeyd edilən hücumlarından sonra yəqin ki, Rusiya geri addım atmaq məcburiyyətində qalacaq. Ən azı bərabər tərəflər kimi müzakirə aparmalı olacaqlar. Ukrayna öncədən bəyan edib ki, qeyd-şərtsiz atəşkəsə razıdır və Rusiyadan da bunu gözləyir. Rusiya isə təkidlə şərtlər çərçivəsində atəşkəs imzalamağın tərəfdarıdır. Ukrayna bununla razılaşmır və bu dəfə də razılaşmayacaq. Ukraynanın etdiyi hücumlar və Rusiyanın "burnunun ovulması" nəticə etibarı ilə qeyd-şərtsiz atəşkəsi mümkün edə bilər. İndiki şərtlər altında Rusiya Ukraynanın qeyd-şərtsiz atəşkəs təklifini qəbul etməli olacaq. Əks halda bu görüş də digərləri kimi faktiki nəticəsiz yekunlaşacaq”.

Qeyd edək ki, iyunun 2-də İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların ikinci raundu keçiriləcək. 

Qiymət Mahir

tag: Azər Həsrət,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,

photo