Minimum əməkhaqqı nə qədər artırılmalıdır? – AÇIQLAMA

Sosial

21.01.2026 21:10

"Son illərdə qiymət artımları insanların gündəlik xərclərini yüksəldib və mövcud minimum əməkhaqqı bir çox hallarda əsas yaşayış tələbatlarını tam qarşılamağa kifayət etmir".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.


Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasına ehtiyac var:

"Minimum əməkhaqqının mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi işçilərin sosial rifahının qorunmasına, yoxsulluq riskinin azalmasına və əmək motivasiyasının artmasına kömək edə bilər. Eyni zamanda, bu proses ölkənin iqtisadi vəziyyəti və işəgötürənlərin imkanları nəzərə alınmaqla aparılmalıdır ki, həm işçilərin, həm də biznes subyektlərinin maraqları balanslaşdırılsın".

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında minimum əməkhaqqının yenidən baxılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, minimum əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında ildə ən azı bir dəfə yenidən müəyyən ediləcək.

Türkan İsgəndərli

 TodayPress TV

tag: Əməkhaqqı,Sosial,Pensiya,Vətəndaş,Todaypress.tv,