TƏCİLİ: Masazırda 5 maşın yandı - YENİLƏNDİ - VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, “Renault” markalı avtomobilin isə bir hissəsi yanıb.
Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilinin arxa işığı da qismən əriyib.
***
09:18
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.
TodayPress TV "Report"a istinadla xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.