Kəmaləddin Heydərov Naxçıvandadır - QƏBUL keçirtdi
Sosial
30.04.2026 15:40
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 aprel 2026-cı il tarixində Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Naxçıvan Muxtar Respublikası sakinlərini qəbul edib.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sakinlərin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
tag: Kəmaləddin Heydərov,FHN,Naxçıvan,Qəbul,Todaypress.tv,
