Emin Əmrullayev Şuşada tədris prosesini izlədi

Sosial

11.03.2026 12:38

Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir məktəbdə yaradılmış şərait, tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb.

Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib.

Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.

TodayPress TV

tag: Emin Əmrullayev,Elm ,Təhsil,Nazir,Şuşa,Proses,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo