ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir

ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir
25.06.2025 17:17 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Sosial Xidmətlər Agentliyinin nümayəndələrindən ibarət heyət Avropa Sosial Şəbəkəsinin 33-cü Avropa Sosial Konfransında iştirak edir.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Danimarkanın Orhus şəhərində keçirilən tədbir “Qayğı texnologiyanı tamamlayanda” mövzusuna həsr olunub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov konfrans çərçivəsində Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet, habelə bir sıra ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçiriblər.

Görüşlər zamanı Azərbaycanda son illər aparılan sosial islahatların uğurları, DOST konsepsiyasının üstünlükləri, Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas qruplara göstərilən sosial xidmətlərə dair məlumat verilib. Bu sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb.

Konfransda Fərid Məmmədov DOST Agentliyinin ümumi təcrübəsi ilə yanaşı, “DOST Tələbə Akselerasiya Proqramı: əlilliyi olan tələbələrin sosial-iqtisadi inkişafına dəstək” mövzusunda çıxış edib.

Qeyd olunub ki, əlilliyi olan gənclərin məşğulluq bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılmasına xidmət edən Proqramda əlilliyi olan 70-dən artıq gənc iştirak edib və məmnunluq dərəcəsi 100 faiz olub. Proqramın daimi tətbiqi, tələbə və işəgötürənlər arasında daha səmərəli əlaqənin təmin edilməsi üçün rəqəmsal platformanın qurulması nəzərdə tutulur.

33-cü Avropa Sosial Xidmətlər Konfransı sosial xidmətlərin transformasiyasında  rəqəmsallaşma ilə yanaşı, fərdi inkişaf və sosial əlaqələrin dəstəklənməsi, təcrübə mübadiləsi və transformasiya üzrə yeni ideyaların formalaşmasına həsr olunub. Avropa Sosial Şəbəkəsinin iştirakçı sayı 1000-ə yaxınlaşan əsas illik tədbiri olan Konfrans sosial xidmət sahəsində yenilikləri bölüşmək imkanı verir.

Qeyd edək ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi 2021-ci ildən, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyi 2023-cü ildən Avropa Sosial Şəbəkəsinin üzvüdürlər.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2021-ci ilin mart ayında səsvermə hüququ ilə Avropa Sosial Şəbəkəsinin Şura üzvü, 2023-cü ilin dekabr ayında isə 3 il müddətinə bu qurumun Himayədarlar Şurasının üzvü seçilib.

FOTOLAR

ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 1
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 2
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 3
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 4
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 5
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 6
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər