Azərbaycanda malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK

Sosial

28.04.2026 20:15

Azərbaycanda malların gömrük dəyərin milli valyuta ilə bəyan ediləcək.

TodayPress TV xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qeyd olunur ki, dəyişiklik layihəsinə əsasən, bundan sonra malların dəyəri manatla bəyan olunacaq.

Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alıb.

TodayPress TV

tag: Gömrük,Manat,Azərbaycan,Qanun,Todaypress.tv,