2026-cı ilin ilk uzunmüddətli maqnit fırtınası baş verir

Sosial

14.03.2026 12:02

Bu ilin ilk uzunmüddətli maqnit fırtınası Yer kürəsində artıq doqquz saatdır ki, müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Alimlərin açıqlamasına görə, planetar maqnit fırtınası Bakı vaxtı ilə gecə yarısı başlayıb. Hadisənin səbəbi Günəşdə yaranmış koronal dəliklə əlaqəli olan günəş küləyinin sürətinin kəskin artmasıdır.

Laboratoriya qeyd edib ki, fırtına qeyri-adi dərəcədə sabit olub. Bütün doqquz saat ərzində maqnit fırtınasının indeksi orta güclü səviyyəyə uyğun olaraq G1.7 səviyyəsində qalıb. Bu, mart ayının ilk əhəmiyyətli maqnit fırtınasıdır. Oxşar hadisə 4 martda da baş versə də, o, qısamüddətli olub.

Mütəxəssislərin məlumatına görə, 2026-cı ilin əvvəlindən bu yana artıq 17 gün maqnit fırtınası qeydə alınıb. Keçən il isə on il ərzində ən yüksək geomaqnit aktivliyi müşahidə olunub və belə hadisələr günlərin 19%-də baş verib. Alimlər hazırkı ilin rekord səviyyədə geomaqnit aktivliyinə malik olduğunu qeyd ediblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Günəş,Maqnit,Partlayış,Dalğa,Todaypress.tv,