Azərbaycan Yaponiyalı naziri WUF13-ə dəvət etdi

Siyasət

16.03.2026 11:38

Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov Yaponiyanın ətraf mühit üzrə dövlət naziri Şigeharu Aoyamanı (Shigeharu Aoyama) 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin paylaşımında bildirilib.

"Yaponiyanın ətraf mühit üzrə dövlət naziri Şigeharu Aoyama ilə səmimi qəbula və səmərəli müzakirəyə görə təşəkkür edirəm. Görüş zamanı ona Bakıda keçiriləcək WUF13-də iştirak etmək üçün dəvət təqdim edilib", - paylaşımda qeyd olunub.

TodayPress TV

tag: Azərbaycan,Yaponiya,Nazir,WUF13,Todaypress.tv,