Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Telegram”da paylaşım edib.
Sahibə Qafarova və Alen Simonyan arasında görüş oktyabrın 21-də Parlamentlərarası İttifaqın 151-ci assambleyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci ilin aprelində Sankt-Peterburqda görüşüblər.