Yeməkdən sonra üzmək təhlükəlidir?

Sağlamlıq

30.06.2025 18:50

Yeməkdən dərhal sonra dənizdə və ya hovuzda üzməyin təhlükəli olması ilə bağlı geniş yayılmış fikir tibbi əsaslara söykənmir. 

TodayPress TV xəbər verir ki, bu barədə "Maxima" məlumat yayıb.

Bildirilir ki, bu fikri müdafiə edənlər əsasən iki arqumentə istinad edirlər. Birincisi, yeməkdən sonra qan dövranının böyük hissəsi həzm sisteminə yönəldiyi üçün əzələlərə kifayət qədər qan getmədiyi və bunun nəticəsində insanın krampa meylli ola biləcəyi iddiasıdır. İkincisi isə fiziki fəaliyyətin ürəkbulanma və qusmaya səbəb ola biləcəyi düşünülür.

Lakin həkimlər bildirir ki, həzm prosesində qan axınının dəyişməsi çox azdır və bunun sağlam üzgüçülərə ciddi təsiri yoxdur. Hələ 1960-cı illərdə aparılan elmi araşdırmalarda yeməyin peşəkar üzgüçülərin dözümlülüyünə təsir etmədiyi sübut olunub.

Türkan İsgəndərli

tag: Dəniz,Yemək,Üzgüçülük,Qan,Todaypress.tv,