Qrip əleyhinə peyvəndləmə ilə bağlı “Açıq qapı” günü keçiriləcək

Sağlamlıq

10.10.2025 12:54

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.

TodayPress TV xəbər verir ki, əhalinin sağlamlığının qorunması məqsədilə tibb müəssisələrində sanitar-gigiyenik rejimin gücləndirilməsi ilə yanaşı, xüsusilə risk qruplarına daxil olan şəxslər arasında qrip əleyhinə peyvəndlənmə tədbirlərinə başlanılıb.

Bu istiqamətdə tərəfimizdən Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçiriləcək. 

“Açıq qapı” gününün keçirilməsində əsas məqsəd poliklinikanın fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, peyvənd prosesini izləmələrinə şərait yaratmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.

Qeyd edək ki, sonda media nümayəndələrinin könüllü olaraq qrip əleyhinə peyvəndlənməsi də nəzərdə tutulub.

TodayPress TV

tag: TƏBİB,Peyvənd,Açıq Qapı,Elan,Todaypress.tv,