Bakteriyalarda zülal istehsalını artıran üsul tapıldı
Sağlamlıq
28.10.2025 19:00
Naqoya Universitetinin alimləri "Escherichia coli" bakteriyalarında zülal istehsalını əhəmiyyətli dərəcədə artıran yeni texnologiya hazırlayıblar.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “RSC Chemical Biology” jurnalında dərc olunub.
Alimlər dörd amin turşusundan ibarət qısa peptid ardıcıllığı əlavə etməklə ribosomların dayanmasının qarşısını alıblar. Bu, zülal sintezini fasiləsiz davam etdirməyə imkan verir.
Tədqiqatçılar süni intellektdən istifadə edərək 20 amin turşusunun bütün mümkün kombinasiyalarını – ümumilikdə 160 min peptidi – analiz ediblər. Alqoritm sintez prosesini ən çox gücləndirən ardıcıllıqları müəyyənləşdirib.
Layihənin rəhbəri Teruyo Odzima-Kato bildirib:
“Bu üsul bioloji xammaldan yanacaq və kimyəvi maddələrin istehsalını daha səmərəli və ekoloji baxımdan təmiz edəcək.”
Mütəxəssislərin fikrincə, süni intellektlə birləşdirilən bu texnologiya gələcəkdə zülal istehsalını avtomatik tənzimləyən “ağıllı biosistemlər”in əsasını qoyacaq.
Qiymət Mahir
tag: "Escherichia coli" ,Zülal,Bakteriya,Alim,Todaypress.tv,
