Həftədə 150 dəqiqəlik fiziki aktivlik prediyabeti geri çevirə bilər

Sağlamlıq

01.07.2025 19:00

Həftə ərzində 150 dəqiqədən artıq fiziki fəaliyyət prediyabetin (şəkərli diabetə keçid mərhələsi) geri çevrilmə ehtimalını dörd dəfə artırır. Bu qənaətə Kolumbiyalı tədqiqatçılar gəliblər.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Cardiovascular Diabetology – Endocrinology Reports" jurnalında dərc olunub.

Tədqiqat 2019–2023-cü illər arasında 366 nəfərin iştirakı ilə aparılıb. Onların orta yaşı 69,5 olub, iştirakçıların yarısı qadınlar təşkil edib.

Məlum olub ki, ən güclü müsbət təsir göstərən faktor daimi fiziki hərəkətdir. Əvəzində, qlikosilləşmiş hemoglobinin (HbA1c) yüksək səviyyədə olması (≥ 6.0%) və artıq çəki (Bədən Kütlə İndeksi ≥ 25) normaya dönmə ehtimalını ciddi şəkildə azaldır.

Alimlər ürək-damar xəstəliklərinin profilaktikası üçün nəzərdə tutulan proqramlar çərçivəsində prediyabetin effektiv idarə olunmasında müntəzəm müşahidə və nəzarətin əhəmiyyətini xüsusi vurğulayıblar. Bununla belə, nəticələrin geniş əhali qruplarına şamil olunması üçün daha irimiqyaslı tədqiqatlara ehtiyac olduğu bildirilib.

Qiymət Mahir

tag: Alim,Araşdırma,Ürək-damar,Artıq çəki,Todaypress.tv,