Bəzi qidalarla depressiyanın qarşısını almaq olar

Sağlamlıq

23.09.2025 19:45

Cənubi Koreyada aparılan geniş araşdırma göstərib ki, qidada daha çox kreatin qəbul edən insanlarda depressiya, narahatlıq və intihar düşüncələri daha az olur.

TodayPress TV xəbər verir ki, nəticələr "Nutritional Neuroscience" jurnalında dərc edilib.

Kreatin orqanizmdə sintez olunan və əsasən ət, balıq, quş əti və süd məhsullarında olan birləşmədir. O, beyin də daxil olmaqla hüceyrələrin enerji ilə təminatında mühüm rol oynayır.

Araşdırmaya 12 yaşdan yuxarı 5257 koreyalı qatılıb. İştirakçılar kreatin qəbuluna görə dörd qrupa bölünüb və onların psixi sağlamlıq vəziyyəti sorğular vasitəsilə qiymətləndirilib.

Nəticələr göstərib ki, ən az kreatin qəbul edənlərdə depressiya əlamətləri və intihar düşüncələri daha çoxdur. Stress səviyyəsi də yüksək olub.

Alimlərin sözlərinə görə, kreatin beyində enerji mübadiləsini yaxşılaşdırır, antioksidant və iltihab əleyhinə təsirləri ilə psixi sağlamlığı dəstəkləyə bilər. Tədqiqatçılar gələcəkdə bu mövzunu müxtəlif yaş qruplarında və mədəniyyətlərdə öyrənməyi planlaşdırırlar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qidalanma,Depressiya,Sağlamlıq,Araşdırma,Todaypress.tv,