Ac qarına qəhvə içməyin fəsadları açıqlandı
Qəhvənin tərkibində olan kofein və fenol turşuları mədə şirəsinin tərkibində olan hidroklor turşusunun ifrazını artırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Ufatime.ru" məlumat verib.
Mədə turşusu qəhvə qəbulundan 10-15 dəqiqə sonra yaranır və bu təsir 60 dəqiqəyə qədər davam edə bilər.
Sağlam insanlarda artan turşuluq fizioloji norma daxilində qalır və selikli qişaya zərər vermir. Lakin qastrit və ya ülser xəstəliyi olanlarda qarın ağrısı və ürəkbulanma müşahidə oluna bilər. Həmçinin, irritabl bağırsaq sindromu (İBS) olan şəxslərdə acqarına qəhvə spazm, ishal və qarında şişkinlik yarada bilər.
Ac qarına qəhvə kortizol (stress hormonu) istehsalını gücləndirə bilər, xüsusən də səhər saatlarında.
Qastroenteroloqlar məsləhət görür ki, qəhvə oyanandan sonra 30 dəqiqə – 1 saat keçəndən sonra içilsin ki, orqanizm təbii şəkildə kortizol səviyyəsini yüksəltsin və kofeinə qarşı həssaslıq azalsın. Həzm problemləri və ağrılar zamanı qəhvəyə yüngül qəlyanaltı – qatıq, bir ovuc qoz-fındıq və ya yulaf qarışığı əlavə etmək tövsiyə olunub.
Töhfə Səməd
tag: Ac qarın,Qəhvə,Turşu,Mədə,todaypress.tv,