Musiqi aləti çalmaq xroniki ağrıya qarşı mübarizəyə kömək edir

Sağlamlıq

29.09.2025 05:52

Danimarka və Almaniyalı alimlər müəyyən ediblər ki, motor bacarıqlarını inkişaf etdirən məşqlər, məsələn, musiqi alətində çalmaq, xroniki ağrıya qarşı müqaviməti artırır və beyni onun təsirindən qoruyur.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “PAIN” jurnalında dərc olunub.

Eksperimentdə peşəkar musiqiçilər və musiqi təhsili olmayan şəxslər iştirak ediblər. İştirakçıların qoluna bir neçə gün narahatlıq yaradan maddə yeridilərək əzələ ağrısı yaradılıb. Daha sonra transkranial maqnit stimulyasiyası ilə beyinlərindəki dəyişikliklər yoxlanılıb.

Nəticələrə görə, musiqiçilərdə ağrı beyin bölgələrində daha az dəyişiklik yaradıb və daha zəif hiss olunub. Alimlər bunu illərlə davam edən motor məşqlərinin sinir sistemində yaratdığı uyğunlaşmalarla izah edirlər.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr yeni reabilitasiya üsullarının hazırlanmasında istifadə oluna bilər. Təkrarlanan hərəkətlər və motor məşqləri xroniki ağrını azalda və hərəkət qabiliyyətini bərpa edə bilər.

TodayPress TV 

tag: Musiqi aləti,Xroniki ağrı,Bədən,Sümük,Todaypress.tv,