Yerdəki mikrobların enerji mənbəyi aşkarlandı

Maraqlı

25.09.2025 18:45

Yaponiyalı alimlər qədim okeanlarda mikrobların necə enerji əldə etdiyini araşdırıblar. Aparılan araşdırmada məlum olub ki, bu mikroblar enerji üçün dəmir və az miqdarda oksigendən istifadə ediblər.

TodayPress TV xəbər verir ki, bu kəşf fotosintez nəticəsində yaranan oksigenin canlılar üçün necə yanacağa çevrildiyini göstərir.

Tədqiqatçılar Yaponiyada beş isti bulağı analiz ediblər. Bu bulaqlarda qədim okeanlara bənzər şərait - çoxlu dəmir və az oksigen var. Burada əsasən dəmiri oksidləşdirən bakteriyalar yaşadığı aşkar edilib. 

Alimlər 200-dən çox mikrob genomunu toplayaraq göstəriblər ki, bəzi mikroblar oksigen və dəmirlə, digərləri isə karbon, azot və hətta kükürdlə enerji əldə edir. Maraqlısı odur ki, kükürd az olsa da, mikrobların kükürd dövrü üçün lazımi genləri var.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yaponiya,Okean,Bakteriya,Buzlaq,Todaypress.tv,