İDDİA: Kraliça II Yelizavetanın ruhu itlər vasitəsilə danışır

Maraqlı

20.05.2025 11:13

5

Böyük Britaniya şahzadəsi Endryunun keçmiş həyat yoldaşı, York hersoginyası Sara Ferqyuson iddia edib ki, mərhum Kraliça II Yelizavetanın ruhu onunla korgi cinsli itləri vasitəsilə ünsiyyət qurur.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Xatırladaq ki, Kraliça II Yelizavetanın 2022-ci ildə vəfatından sonra onun sevimli itləri Sandi və Muik Sara Ferqyusonun himayəsinə verilib. Ferqyuson bildirib ki, hər səhər korgilərin hürüşündə mərhum kraliçanın səsini eşidir.

“Onun korgiləri indi məndədir. Hər səhər evin içində ora-bura qaçır, "hav-hav" edirlər. Əminəm ki, bu, Yelizavetanın mənimlə danışma üsuludur” deyə hersoginya açıqlamasında vurğulayıb.

Sara Ferqyuson əlavə edib ki, Britaniya monarxı ilə ailə əlaqəsinin onun üçün böyük bir şərəf olduğunu düşünür:

“Kraliça II Yelizaveta mənim həyatımın və bütün dünyanın bir çox insanının həyatının bələdçi ulduzu olub” deyə o bildirib.

Qeyd edək ki, Kraliça II Yelizaveta ömrü boyu 30-dan çox korgi və dorgiyə (korgi ilə taksa cinslərinin qarışığı) sahib olub. Lakin ömrünün son illərində onu sadəcə iki sevimli iti Muik və Sandi müşayiət edib. Həmin itlər kraliçaya pandemiya dövründə, əhvalını yaxşılaşdırmaq məqsədilə oğlu şahzadə Endryu tərəfindən hədiyyə olunmuşdu. Hazırda isə onlar Endryu və Sara Ferqyusonun himayəsindədir.

Töhfə Səməd

tag: Böyük Britaniya,Sara Ferqyuson,Kraliça II Yelizaveta,Sandi və Muik,todaypress.tv,