Quşların sinir sisteminə əsaslanan yeni PUA yaradıldı

Maraqlı

18.12.2025 19:15

Rusiyada MIPT-nin (Moskva Fizika-Texniki İnstitutu) alimləri quşların sinir sistemini təqlid edən yeni pilotsuz uçuş aparatının (PUA) idarəetmə sistemi hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə institutun mətbuat xidməti məlumat verib.

Bildirilir ki, alimlər quşların uçuş zamanı istifadə etdiyi sinir mexanizmlərini modelləşdirərək qanadlı PUA üçün enerjiyə qənaətli və manevr qabiliyyəti yüksək idarəetmə sistemi yaradıblar.

Yeni sistem quşların qanad çırpma ritmini təmin edən sinir strukturlarını təqlid edir və qanadların yuxarı-aşağı hərəkətini avtomatik sinxronlaşdırır.

Mütəxəssislərin sözlərinə görə, bu texnologiya PUA-lara çətin relyefli ərazilərdə daha stabil uçuş, maneələrdən yayınma və enerji sərfiyyatının azaldılması imkanı verəcək. Sistem həmçinin külək və turbulentlik şəraitində uçuşu avtomatik sabitləşdirə bilir.

Alimlər qeyd ediblər ki, hazırlanmış texnologiya gələcəkdə yeni nəsil avtonom dronların yaradılmasında istifadə oluna bilər.

Jalə Rövşən

TodayPress TV

tag: PUA,Quş ,Sistem ,Uçuş,Todaypress.tv,