Qədim şəhərdə qızıl üzük tapıldı

Maraqlı

14.01.2026 19:45

Norveçin ən qədim şəhəri olan Tensberqdə aparılan qazıntılar zamanı üzərində parlaq mavi daş olan qədim qızıl üzük aşkar edilib.

TodayPress TV xəbər verir ki, tapıntını norveçli arxeoloq Linda Oaheym tapıb.

Arxeoloqun sözlərinə görə, üzük yüksək sosial statusa malik bir qadına məxsus olub. Bu cür üzüklər nadir sayıldığı üçün tapıntının varlı bir qadına aid olduğu ehtimal edilir.

Üzüyün yaşı onun tapıldığı torpaq qatına əsasən müəyyən edilib. Bu qat 1167-1269-cu illərə aid təbəqənin altında yerləşir və üzüyün həmin dövrdən daha qədim olduğunu göstərir.

Hazırda üzüyün üzərindəki mavi daşın nə olduğu dəqiq bilinmir. Onun sapfir və ya rəngli şüşə ola biləcəyi ehtimal edilir. Alimlər tapıntının mənşəyini və Avropa ilə mümkün ticarət əlaqələrini araşdırmağa davam edirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Üzük,Qızıl,Tensberq,Daş,Todaypress.tv,