Kollektivlə söhbət iş performansını artırır - ARAŞDIRMA

Maraqlı

20.06.2025 18:50

İş yerində həmkarlar haqqında müsbət söhbətlər komandada birliyi və iş performansını yaxşılaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Nyu Meksiko Universiteti araşdırma aparıb.

Tədqiqatda, həmkarların bir-biri barədə yaxşı sözlər deməsinin güvəni artırdığı, motivasiyanı yüksəltdiyi və işdə “sosial boşluq” problemini azaltdığı göstərilib.

Sınaq tələbələr üzərində aparılıb və müsbət rəylər alanların daha çox çalışdığı, yaxşı nəticələr göstərdiyi məlum olub. Əksinə, mənfi dedi-qodular komanda səylərinə təsir etməyib.

Alimlər menecerlərə iş yerində müsbət ünsiyyətin inkişafı üçün “kompliment cümə günləri” kimi təşəbbüslər təşkil etməyi məsləhət görürlər. Bu, işçilərin bir-birinə hörmət və dəyər verməsini artıraraq, komanda ruhunu gücləndirə bilər.

Türkan İsgəndərli

tag: Dedi-qodu,Komanda,Söhbət,Birlik,Todaypress.tv,