Şüur kainatın əsas elementi ola bilər

Maraqlı

25.11.2025 19:00

Ehtimallara görə, şüur kainatın əsas elementi ola bilər və məkan, zaman və maddə məhz şüurdan yaranıb.

TodayPress TV xəbər verir ki, tədqiqat "AIP Advances" jurnalında dərc olunub.

Bildirilir ki, şüur ənənəvi yanaşmada olduğu kimi beynin fəaliyyəti nəticəsində yaranan əlavə proses kimi deyil, müşahidə olunan bütün fiziki hadisələrin təməlində dayanan əsas sahə kimi izah olunur.

Yeni yanaşma kvant fizikası və qeyri-dual fəlsəfə elementlərini birləşdirərək fərdi şüuru vahid, bir-biri ilə əlaqəli sahənin bir hissəsi kimi təqdim edir.

Bununla yanaşı fizika, nevrologiya və kosmologiya üçün sınaqdan keçirilə bilən bir neçə proqnoz da irəli sürülür.

Tədqiqatda dini və mənəvi ənənələrlə bəzi fəlsəfi paralellər mövcud olsa da, müəlliflər modelin riyazi-fiziki əsaslara söykəndiyini vurğulayır və müasir elmin bu istiqamətdə daha dərin araşdırmalar aparmasının vacibliyini qeyd edirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Şüur,Kainat,Element,Beyin,Todaypress.tv,