Yer Günəş plazmasının təsiri altındadır

Yer Günəş plazmasının təsiri altındadır
20.08.2025 10:26 Maraqlı

Yer hazırda Günəşdəki tac dəliyindən çıxan pozulmuş plazma axınına məruz qalır. Son saatlarda günəş küləyinin sürəti 600-700 km/s arasında dəyişib ki, bu da normal göstəricidən iki dəfə yüksəkdir. 

TodayPress TV xəbər verir ki, güclü xarici təsirlərə baxmayaraq, Yerin maqnit sahəsi hələlik sakitdir və maqnit qasırğası qeydə alınmayıb. 

Plazma temperaturu isə gün ərzində təxminən 500 min dərəcəyə çatıb.

Avqustun 20-də maqnit qasırğası baş vermə ehtimalı 65% olaraq qiymətləndirilir. Gözlənilən geomaqnit pozğunluqlarının maksimum səviyyəsi G1-G2 diapazonunda olacaq ki, bu da orta güclü qasırğalara uyğun gəlir. Daha ciddi qasırğa ehtimalı isə 5% təşkil edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər