"Titanik"dən tapılan xilasetmə jileti 54 milyon rubla satılıdı

Maraqlı

20.04.2026 18:49

“Titanik” sərnişininə məxsus xilasetmə jileti hərracda 715.000 dollara satılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Henry Aldridge & Son” hərrac evi  məlumat verib.

Bildirilir ki, bu əşya Atlantik okeanında batmış gəmidən günümüzə qədər gəlib çatmış azsaylı xilasetmə jiletlərindən biridir. O, ilk dəfə İngiltərənin Uiltşir qraflığının Devizes şəhərində hərraca çıxarılıb.

Agentliyin məlumatına görə, jilet birinci sinif sərnişin Laura Mabel Francatelliyə məxsus olub. O, “Titanik” aysberqə çırpıldıqdan sonra xilasetmə qayığına minərkən bu jileti geyinmişdi. Daha sonra o, qayıqda olan digər sağ qalanlarla birlikdə jileti imzalamışdır. Francatelli ailəsi bu əşyanı uzun illər qoruyub saxlamış, daha sonra isə o, şəxsi kolleksiyaçıya satılmışdır.

Qeyd edilib ki, jiletlə yanaşı, Francatellinin digər xilasetmə qayığı sərnişinləri ilə birlikdə olduğunu göstərən qəzet fotoşəkli və fəlakəti təsvir edən məktubunun surəti də hərraca çıxarılıb.

Jalə Rövşən 

TodayPress TV

tag: “Titanik”, Uiltşir,Devizes,Jilet ,Todaypress.tv,