Rubinyan üç sabiq prezidentin adını çəkdi: “Onlar düşməndir”
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan ölkənin sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı Ermənistanın müstəqilliyinin əsas düşmənləri adlandırıb.
TodayPress TV xəbər verir ki, Rubinyan bu barədə açıqlamasında bildirib.
O qeyd edib ki, sabiq prezidentlərin siyasi varisləri Ermənistanın müstəqilliyinə qarşı mübarizə aparır və bunu Kaluqadakı himayədarlarının maraqları naminə edirlər.
“Onlar Ermənistanın müstəqilliyinin əsas düşmənləri olublar və olaraq qalırlar. Onların siyasi varisləri Kaluqadakı ağalarının naminə Ermənistanın müstəqilliyinə qarşı mübarizə aparmaq üçün səylərini əsirgəmirlər. Kaluqa muzdurları müstəqil Ermənistana məğlub olacaqlar”, – deyə Rubinyan vurğulayıb.
Kübra Musayeva