Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsində Azərbaycan bayrağı ucaldıldı
8 Noyabr – Zəfər Günü münasibətilə Quba rayonunda yerləşən Xarıbülbül zirvəsinə yürüş təşkil olunub.
TodayPress TV xəbər verir ki, yürüş Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilib.
Dəniz səviyyəsindən 2783 metr yüksəklikdə yerləşən zirvəyə qalxan iştirakçılar Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıblar.
Yürüşün əsas məqsədi Zəfər Günü münasibətilə milli birlik və vətənpərvərlik dəyərlərini təşviq etmək, həmçinin təbiətlə təması gücləndirmək və dağ turizminə marağı artırmaq olub.
Kübra Musayeva