Ərdoğan Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Ərdoğan Azərbaycan xalqını bu sözlərlə təbrik etdi
08.11.2026 15:09 Xarici siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ərdoğan "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağın 30 illik işğaldan azad edilməsinin 6-cı ildönümü, dost və qardaş Azərbaycan xalqının Zəfər Günü münasibətilə ən səmimi duyğularımla təbriklərimi çatdırıram.

Bu böyük Zəfərin qazanılması uğrunda qanı və canı bahasına mübarizə aparan, Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımızı dərin ehtiram və rəhmətlə anıram", - paylaşımda qeyd olunub.

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər