Trampın kürəkənindən Rusiyanı da əhatə edən sensasiyalı təklif

Trampın kürəkənindən Rusiyanı da əhatə edən sensasiyalı təklif
08.11.2026 14:04 Dünya

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Avropada gələcək təhlükəsizlik sisteminin qurulması üçün Rusiya-NATO Şurasını nümunə götürməyi təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius danışıqların gedişindən məlumatlı mənbəyə istinadən məlumat verib.

Təklifə əsasən, 2002-ci ildə yaradılan Rusiya-NATO Şurasının gələcək təhlükəsizlik danışıqları üçün model kimi istifadə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya-NATO Şurası Moskva ilə alyansa üzv ölkələr arasında əməkdaşlığın inkişafı və hərbi-siyasi fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılıb. Şuranın son iclası 2022-ci ilin yanvarında keçirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər