İlham Əliyev: “Şuşa şəhəri 28 il əsarət altında idi, amma öz milli ruhunu itirmədi”

İlham Əliyev: “Şuşa şəhəri 28 il əsarət altında idi, amma öz milli ruhunu itirmədi”
08.11.2026 16:05 Xarici siyasət

Şuşa şəhəri 28 il əsarət altında idi amma öz milli ruhunu itirmədi.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

Dövlət başçısının sözlərinə görə, düz 6 il bundan əvvəl Şuşa erməni işğalından azad edilib:

"Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir. 6 il bundan əvvəl Şuşa erməni işğalından azad edilib. Bir gün sonra ermənistan rəsmən təslim olub və bununla da 30 illik işğal başa çatdı".

Dövlət başçısı qeyd edib ki, Şuşanın azad olunması həm böyük rəmzi məna daşıyırdı, həm də ikinci Qarabağ müharibəsinin önəmli hissələrdən biri idi.

"44 gün ərzində siz əziz qardaşım, qardaş türk xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc və ruh verdi. Tarixi sözləriniz - "Azərbaycan tək deyil. Türkiyə onun yanındadır". Heç vaxt unudulmayacaq".

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər