Rusiya Ayda nüvə elektrik stansiyası tikəcək
Rusiyalı alimlər 2036-cı ilə qədər Ayda fəaliyyətə başlaması planlaşdırılan nüvə elektrik stansiyasının hazırlanması üzərində işləyirlər.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Kosmik Forumunda Kurçatov İnstitutu Tədqiqat Mərkəzinin vitse-prezidenti Aleksandr Blaqov məlumat verib.
Onun sözlərinə görə, layihə işin əsas sifarişçisi olan “Roskosmos” ilə birgə həyata keçirilir.
“2036-cı ilə qədər biz Ay proqramını, stansiyanın çatdırılması, Ay səthində yerləşdirilməsi və işə salınması üzrə proqramı hazırlamalıyıq. Başqa sözlə, 2036-cı ilə qədər belə bir qurğu Ayda fəaliyyətə başlamalıdır”,-Blaqov qeyd edib.
Jalə Rövşən